Finss.az - ABŞ-nın “İnter Mayami” klubunda çıxış edən argentinalı futbolçu Lionel Messi karyerasında 875 qol vurmaqla futbol tarixində yeni bir rekorda imza atıb.
Messi bu möhtəşəm nəticəni MLS-də “Los Anceles Qalaks”la keçirilən matçda komandası üçün vurduğu ikinci qol sayəsində əldə edib. Oyunda “İnter Mayami” 3:1 hesabı ilə qalib gəlib.
Messinin bu rekord göstəriciyə çatması tarixdə ən sürətli nailiyyət kimi yadda qalıb — o, 1116 matçda bu hədəfə çatıb. Qeyd etmək lazımdır ki, Messi “Barselona” klubunun heyətində çıxış edərkən İspaniya La Liqasında 10 dəfə çempion, 7 dəfə İspaniya kubokunun qalibi olmuş, həmçinin 4 dəfə UEFA Çempionlar Liqasının qalibi adını qazanmışdır. Kataloniyalı klubda ümumilikdə 778 oyunda 672 qol vuraraq əfsanəvi bir performans göstərib.
Dünyanın ən yaxşı futbolçularından biri hesab edilən Lionel Messi 8 dəfə “Qızıl Top” mükafatını qazanıb və futbol tarixində özünəməxsus yer tutur.